Rusiya Cənubi Koreyadan pilotsuz təyyarələrin Şimali Koreyaya keçməsini Seulun yarımadada vəziyyəti gərginləşdirməsi və Pxenyanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirir.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, qeyd edib ki, son günlər KXDR ərazisi, o cümlədən Pxenyan Cənubi Koreyadan təbliğat materialları səpələyən pilotsuz uçuş aparatlarının görünməmiş "hücumlarına" məruz qalıb: "Seulun bu cür hərəkətləri KXDR-in suverenliyinə kobud qəsddən, habelə müstəqil dövlətin qanuni dövlət-siyasi sistemini məhv etmək və onu hüquqdan məhrum etmək üçün daxili işlərə müdaxilədən başqa bir şey hesab edilə bilməz".
Bu fonda o, Seulu "Pxenyanın xəbərdarlıqlarını ciddi qəbul etməyə və ehtiyatsız təxribat kampaniyası ilə yarımadada gərginliyi artırmağı dayandırmağa" çağırıb. Zaxarova vurğulayıb ki, regionda sülh və sabitlik ancaq "bölünməz təhlükəsizlik prinsipinə əsaslanan siyasi və diplomatik vasitələrlə" təmin oluna bilər: "Rusiya Koreya yarımadasında təhlükəli hadisələrin qarşısının alınması və vəziyyətin müsbət istiqamətə qaytarılması üçün KXDR ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi əsasında konstruktiv rol oynamağa davam edəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun