Litri 50 manata satılır... Xeyli tələbat da var... Söhbət eşşək südündən gedir...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Novxanı qəsəbəsində yaşayan Ceyhun İbrahimov da satış məqsədi ilə heyvan təsərrüfatı yaradıb.
Fermer 11 baş eşşək saxlayır. Dördü sağılandır. Onların südünü sataraq əldə etdiyi pulla digrlərinin yemini alır. Bu məşğuliyyət sərfəli olmsa dai Ceyhun İbrahimov heyvanlara sevə-sevə qulluq etdiyini deyir.
Südün 200 qramı on manatdır. Ceyhunun sözlərinə görə, əvvəl südü ehtiyacı olanlara pay versə də, sonradan heyvanların yemini təmin etmək üçün satışa başlamaq məcburiyyətində qalıb.
Bəs əslində xalq arasında dərman hesab olunan eşşək südü nə dərəcədə faydalıdır?
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun