Tez-tez tualetə getdi - Fırıldağı üzə çıxdı

15 Oktyabr 2024 08:02

Rumıniyanı təmsil edən ukraynalı şahmatçı Kirill Şevçenko İspaniyanda keçirilən yarış zamanı telefondan istifadə etdiyinə görə çempionatdan kənarlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Chess.com" məlumat yayıb.

Belə ki, onun görüş zamanı tez-tez tualetə getməsi yarış iştirakçılarında və təşkilatçılarda şübhə yaradıb. Daha sonra tualetdə telefon aşkarlanıb. Hakimlər onun Kirillə məxsus olduğunu bildiriblər.

22 yaşlı qrossmeysterin turnirin keçirildiyi yerin tualetində mobil telefondan istifadə etdiyi üzə çıxıb.

Bu səbəbdən Şevçenkonun turnirdəki bütün nəticələri ləğv edilib. Məlumata görə, o, ittihamları rədd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun