Təyyarə göyərtəsində kütləvi dava - təcili eniş etdi

15 Oktyabr 2024 07:28

Anadır-Moskva marşrutu ilə uçan Boeing 777 təyyarəsi göyərtəsində kütləvi dava baş verdiyi üçün Krasnoyarsk hava limanına məcburi eniş etmək məcburiyyətində qalıb. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə "Aviatorschina Telegram" kanalı məlumat yayıb.

Baza-nın məlumatına görə, 44 yaşlı İlya Puşkarev sərxoş halda təyyarəyə minib. Uçuş zamanı o, həm də spirtli içki qəbul edib və münaqişə yaradıb. 

Stüardessalar adamı sakitləşdirməyə çalışsalar da, cavab olaraq təhqir və zərbələr alıblar. Bu vəziyyət kütləvi davaya çevrilib. 

Nəticədə pilot uçuşu dayandırmaq və Krasnoyarsk hava limanında təcili eniş etmək qərarına gəlib. Qalmaqallı şəxs hava limanında hüquq-mühafizə orqanlarına təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun