Türkiyədə zəlzələ oldu

15 Oktyabr 2024 06:28

Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudada zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun