İngiltərə çempionu "Mançester Siti"nin 24 yaşlı norveçli hücumçusu Erlinq Haaland Millətlər Liqasının 4-cü turunun oyununda Avstriya yığmasına 1:5 hesabı ilə məğlubiyyətə görə üzr istəyib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Norveç millisinin yeganə qolunu "Atletiko"nun hücumçusu Aleksandr Serlot vurub.
"Hər kəsdən bağışlanma diləyirəm. Mənim tərəfimdən çox pis oyun oldu. Noyabrda biz 6 xal qazanmağa çalışacağıq", - Haaland "Instagram" səhifəsində yazıb.
Noyabrda Norveç Millətlər Liqasında Sloveniya və Qazaxıstan komandaları ilə qarşılaşacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun