Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı

14 Oktyabr 2024 23:20

Uşaqsızlıq vergisinin Rusiyaya qaytarılmasının mümkünlüyünü müzakirə edərkən sovet təcrübəsini təhlil etmək lazımdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, oktyabrın əvvəlində Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev SSRİ-dən nümunə götürməyi və uşaqsızlığa görə verginin qaytarılmasını təklif etmişdi. Millət vəkili bu vergidən toplanan vəsaitin ölkədəki uşaq evlərinin müasirləşdirilməsinə yönəldilməsini təklif edib.

"Doğum nisbətini dəstəkləmək üçün belə bir verginin uğurunu qiymətləndirmək üçün mütəxəssisləri cəlb etmək lazımdır" - deyən Kreml sözçüsü vurğulayıb ki, təşəbbüsün hər hansı təfərrüatları hələlik məlum deyil.

"İlk baxışda bu verginin demoqrafik vəziyyətə heç bir təsiri olmayıb", - Peskov vurğulayıb.

Dövlət Dumasının Ailənin Mühafizəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da uşaqsızlar üçün vergi ideyasının müəlliflərini vaxtında olmayan təşəbbüslərdən uzaq olmağa çağırıb. O, mənzil və digər əsas dəyərlərlə təminatda problem yaşayan gənc ailələrə dəstək məqsədilə təşəbbüs müəlliflərinin maaşlarının bağışlanmasını təklif edib. Bildirib ki, belə bir tədbir tətbiq etməzdən əvvəl dövlət hər bir vətəndaşı işlə və mənzillə təmin etməlidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun