Rus ordusu Kurskun yarısını geri aldı

14 Oktyabr 2024 23:04

Rusiya ordusunun Kurskda apardığı əməliyyatla bağlı növbəti açıqlama yayılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor, "Əhməd" xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov məlumat verib.

O bildirib ki, Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən Kursk torpaqlarının təxminən yarısı geri alınıb.

Qeyd edək ki, bu gün Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun