"Joker"in kassada müvəffəqiyyətsizliyi

14 Oktyabr 2024 22:07

"Joker: İki nəfərlik dəlilik" filmi ABŞ-də nümayişinin ikinci həftəsində cəmi 7 milyon dollar toplayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla da uğursuz Todd Fillipsin filminin gəlirləri premyera həftəsonundan sonra 81% azalaraq cəmi 38 milyon dollar toplaya bilib.

Bu azalma komiks filmləri üçün ən kəskin və istənilən film üçün daxili bazarda ən kəskin enişlərdən biridir.

Bundan əvvəl isə kassa gəlirlərinin kəskin azalması rekordu "Kapitan Marvel 2" filminə məxsus idi.

Qeyd edək ki, Toddun ilk "Joker" filmi 1 milyard dollardan çox gəlir əldə etmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun