"İndi qızlarımız dəbdəbəli həyat üçün mücadilə aparırlar"

14 Oktyabr 2024 21:50

"Əvvəllər 22-25 yaş aralığında olan oğlanlar evlənirdilər, sonra isə arxadan gələnlər üçün yol açılırdı və onlar ailə qururdular. İndi sanki bir otaq hazırlayıblar və içində 25, 35, 40, 45 yaşlarında oğlanlar var. Digər tərəfdə də bir otaq dolu qız var. Qızdan soruşursan oğlan tapa bilmir, oğlan da qız tapa bilmir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Elgizlə izlə" verilişində deyib.

O, qızların hazırda dəbdəbəli həyat qurmaq arzusunda olduğunu bildirib:

"O vaxt kasıba və varlıya baxmazdılar, evlənərdilər. Oğlanlar varlı, dəbdəbəli ailə həyatı haqda düşünmrüdülər. Oğlanın sadəcə perspektivinə və ali təhsilli olmasına baxırdılar. İndi isə oğlan ali təhsilli, gələcək perspektivi göz önündə olsa belə, qızlarımız dəbdəbəli həyat üçün mücadilə aparırlar".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun