Vətən müharibəsindən sonra neçə hərbçi yüksəktexnologiyalı protezlə təmin edilib?

14 Oktyabr 2024 22:55

44 günlük Vətən müharibəsindən sonra 489 hərbçi 598 ədəd yüksəktexnologiyalı, son nəsil protezlə təmin edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsindən sonra ƏƏSMN tərəfindən I və II Qarabağ müharibələri ilə əlaqədar əlilliyi olan 489 hərbçi 598 ədəd yüksəktexnologiyalı, son nəsil protezlə təmin edilib.

Eyni zamanda, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatı da həyata keçirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun