Şeyma onunla sevgilidir - FOTOlar

14 Oktyabr 2024 21:20

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı yeni eşqə yelkən açıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, eşq həyatı ilə hər zaman gündəmdə olan Şeyma 33 yaşlı braziliyalı model Marlon Teyşeyra ilə sevgilidir.

34 yaşlı fenomen sevgilisi ilə əl-ələ verdiyi pozu və birlikdə yoqa etdikləri anı sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Ş.Subaşı 2017-ci ildə məşhur aparıcı-prodüser Acun Ilıcalı ilə ailə qurub. Onların bu evlilikdən Melisa adlı qızları var. Cütlük 2018-ci ildə boşanıb.

Ötən il isə fenomen 3 il münasibətdə olduğu misirli iş adamı Mohammed Alsaloussi ilə ailə qurub. Lakin bu evlilik cəmi 3 ay çəkib və onlar boşanıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun