İsrailin Livanın şimalındakı Eyto yaşayış məntəqəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində ən azı 18 nəfər həlak olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin X sosial şəbəkəsində məlumat verilib.
Qeyd olunub ki, Livanın cənubundan olan qaçqınların məskunlaşdığı evə raket zərbələrinin endirilməsi nəticəsində daha 4 livanlı yaralanıb. Xilasedicilər dağıntıları təmizləməyə davam edir, ölən və yaralananların sayı arta bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun