Azərbaycanda kişini alçaldıb maşının baqajına saldılar - FOTO

14 Oktyabr 2024 18:32

Sosial şəbəkələrdə Azərbaycanda kişinin döyülərək alçaldılması və maşının baqajında aparılmasını əks etdirən görüntülər yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  görüntülərin Ağcabədi rayonunda qeydə alındığı bildirilib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib və 2 nəfər bir kişini döyərək "Toyota Prado" markalı avtomobilin baqajında aparıblar. Daha sonra onlar həmin şəxsi baqajdan endirərək alçaldıcı hərəkətlərə davam ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun