Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova dünyasını dəyişib.
Milli.Az bakıvaxtı.az-a istinadən bildirir ki, R.Həsənovanın yaxınları onun həkimlərin qoyduğu səhv diaqnozun qurbanı olduğunu iddia edirlər.
Məlumata görə, R.Həsənova xəstəliyi ilə əlaqədar əvvəl Göyçay Mərkəzi Rayon Xəstəxanasında müalicə olunub, sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Mərhumun bacısı bildirib ki, Rəfiqə Həsənovanın xəstəliyi barədə Göyçay Mərkəzi Rayon Xəstəxanasında əvvəldən səhv diaqnoz qoyulub, düzgün müalicə aparılmayıb:
" Bakıdakı həkimlər isə onun xəstəliyi ilə bağlı müalicə prosesinə başlamağın artıq gec olduğunu bildiriblər. Ona heç bir əlac etmək mümkün olmayıb".
Mərhumun yaxınları hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun