“Hörümçək adam” sevgilisindən ayrıldı - FOTO

15 Oktyabr 2024 00:40

"Hörümçək adam" filmindəki baş rolu ilə tanınan aktyor Endryu Qarfild sevgilisi Keyt Tomasla ayrılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Keyt bu barədə "Instagram" sosial şəbəkəsindəki səhifəsində izləyicisinin sualını cavablandırarkən bildirib.

"Bir neçə ay əvvəl ayrıldıq. Amma yəqin ki, o, sevildiyini bilməkdən məmnun olacaq", - deyə o bildirib.

Cütlük sonuncu dəfə iyul ayında Uimbldon tennis turnirində birlikdə görüntülənib. Bundan sonra 41 yaşlı aktyor hər yerdə tək çıxdı və Keyt sosial şəbəkələrdə onun adını çəkməyi dayandırdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun