Uşağının azərbaycanlı atasını axtaran nigeriyalı qadına ekspertlərin reaksiyası QINANDI - VİDEO

14 Oktyabr 2024 18:04

ARB-də yayımlanan "Səni axtarıram" proqramdan olan görüntülər qınağa səbəb olub.

Milli.Az xəbər verir ki, nigeriyalı qadının övladının azərbaycanlı atasını axtarmasına verilişin ekspertlərinin gülüşlə yanaşması izləyicilər tərəfindən sərt tənqid edilib.

Qaradərili xanımın axtarışa çıxıb deyə, bəzi "ekspertlərin" gülməsini sosial şəbəkə istifadəçiləri "irqçi" yanaşma adlandırıblar.

Onlar həmin ekspertlərin pul hesabına orda əyləşdiyini  və studiyadan çıxarılmalı olduğunu bildiriblər.

Sözügedən kadrları təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun