Heyli Biberdən valideynlərinə qadağa

14 Oktyabr 2024 23:39

Məşhur supermodel Heyli Biber valideynləri - atası Stiven Balduin və anası Keniyaya oğlu Cek Blus Biberlə ilə görüşməyə icazə vermir. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə modelə yaxın mənbə "Daily Mail"ə açıqlama verib.

Bildirilib ki, Heylinin bir müddətdir ailəsi ilə münasibətləri yaxşı deyil. Əvvəllər anası ilə yaxın olan model hamiləyi dövründə ondan uzaqlaşıb. Heyli həmçinin, atasının onunla həyat yoldaşı, müğənni Castin Biberlə arasında keçənləri mediada işıqlandırmasına qəzəblənib.

Qeyd edək ki, Castin və Heyli 2018-ci ildə evlənib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun