Türkiyə millisinin görüşü təxirə salına bilər

14 Oktyabr 2024 16:57

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya - Türkiyə oyunu matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının qarşılaşmaya qədər donmaq təhlükəsi ilə üzləşdiyindən təxirə salına bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib.

Stadion bu gün yenidən yoxlanılacaq və UEFA oyunun təxirə salınıb-salınmayacağına dair qəti qərar verəcək.

Həmçinin qeyd olunub ki, "Laugardalsvöllur" stadionunda meydançanın isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.

Qeyd edək ki, matçın Bakı vaxtı ilə saat 22:45-də başlaması nəzərdə tutulmuşdu. Oyun təxirə salınarsa, oktyabrın 15-də baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun