Aİ İrana qarşı sanksiyaları genişləndirdi

14 Oktyabr 2024 16:30

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sanksiya siyahısına 7 fiziki şəxs və 7 təşkilat daxil edilib.

Aİ həmin şəxs və təşkilatların Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.

Bildirilib ki, yeni sanksiyalar barədə qərar Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə verilib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında "Iran Air", "Saha Airlines" və "Mahan Air" aviaşirkətləri, eləcə də alüminium istehsalçısı "Iran Alumina Company" də var.

Xatırladaq ki, Moskva və Tehran İrandan Rusiyaya Ukraynada istifadə olunması üçün silah-sursat göndərilməsini təkzib edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun