Sensasiya: Yerdənkənar sivilizasiya kəşf edildi

14 Oktyabr 2024 19:10

Astrofiziklər ağıllı yadplanetli həyatın mövcudluğuna dair sübutlar aşkar ediblər və onların varlığına dair məlumatlar tezliklə dərc olunacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NASA ilə əməkdaşlıq edən sənədli film rejissoru Saymon Holland deyib.

"Biz qalaktikamızda insana aid olmayan Yerdənkənar zəka kəşf etmişik və insanların bundan xəbəri yoxdur", - o bildirib.

Oksforddan olan "Breakthrough Listen" ("Kəşfə yol açan dinləmə") layihəsinin komandası siqnalı təhlil etdiklərini təsdiqləyib, lakin ehtimal olunan mənbəyi açıqlamayıblar.

"Onlar təfərrüatı axtarırlar, ona görə də xəbərin dərci gecikir", - deyə Holland layihədəki mənbələrinə istinadən deyib.

Qeyd edək ki, rejissorun istinad etdiyi "Breakthrough Listen" 2016-cı ilin yanvarında israilli sahibkar, investor və sovet əsilli fizik Yuri Milnerin təşəbbüsü ilə 100 milyon dollar dəyərində qeyri-kommersiya tədqiqat layihəsi kimi işə başlayıb. Qəribə radio siqnal ilk dəfə 2019-cu ildə Avstraliyanın Parkes Rəsədxanası tərəfindən müəyyən edilib.

2021-ci ildə layihənin astronomları bunun insan fəaliyyəti nəticəsində yaranan siqnal olduğunu guman edirdilər.

Rejissorun iddiasından belə görünür ki, mütəxəssilər indi siqnalla bağlı fikirlərini dəyişiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun