Əməkdar artist Gülüstan Əliyeva "İncə səhər" verilişində qonaq olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, efirdə kövrələn sənətçi mahnısını ifa edərkən ağlayıb.
"Nə qədər Allah bizə ömür verib, yazıb, qoymaq lazımdır. Hamımız bu dünyada olmayacağıq, amma onlar qalacaq" deyə, söyləyən G.Əliyeva niyə kövrəldiyini açıqlamayıb.
O, mahnısını ifa etdikdən sonra proqram reklam fasiləsinə ayrılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun