Ərəb aparıcı İran diplomatını "darmadağın etdi"

14 Oktyabr 2024 16:23

"Əl-Cəzirə" telekanalının aparıcısı Faysal Qasımın iranlı diplomat Əmir Musəvi ilə 2020-ci ildəki mübahisəsi dünya mediasında yenidən gündəmə gəlib və böyük əks-səda doğurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, müsahibə zamanı Faysal Qasım İranı Yaxın Şərqi dağıtmaqda ittiham edib:

"Siz Qüdsü azad etmək istəyirsiniz, sonra bununla nə edəcəksiz? Hansı siyahıya əlavə edəcəksiz? Ac insanların siyahısına və dağıdılmış ölkənizə, İrana? Yaxın Şərqdəki bədbəxt şəhərlərin siyahısına? Dünyanın ən çirkli şəhəri Bağdadın siyahısına? Beyruta, dünyanın ən böyük zibilliyinə? Dəməşqə - onun xalqı acından ölür. Husilərin Sənasına? Siz bölgəyə gələnə qədər onların hamısı dinc və azad idi və rahat yaşayırdılar. Bu ölkələrlə nə etdiniz?! Təbii sərvətlərilə zəngin olan İrana nə etdiniz ki, Qüdsə də nəsə edəsiniz?! Siz bir ovuc başdanxarab vətən xainisiz!"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun