“İlhamənin mənə yaşatdığı acıları başqa ifaçılara etmərəm” - VİDEO

14 Oktyabr 2024 17:04

Xalq artisti Nazpəri Dostəliyeva qalmaqal yaşadığı məhrum Xalq artisti İlhamə Quliyevanın bu səbəndən illərlə ona qoyduğu efir qadağasından söz açıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Künc-bucaq" verilişində danışıb.

"Sizdə İlhamə Quliyeva kimi bəzi müğənnilərə efir qadağasını qoymaq istəyərdiniz?" sualına Dostəliyeva "Yox" cavabını verərək, bu mövzuda fikirlərini belə nəql edib:

"Bunu heç bir ifaçılara, heç "müğənnicik"lərə də (bayağı ifaçıları nəzərdə tutur - red.) etmərəm. O acını hətta onlara belə göstərmərəm. Bu hadisələr məni çox sartsıtdı. Dilə gələsi bir çey deyil. Bu şeylərlə mən necə barışım, bu acıları mən necə unudum. Bu gün o acıları mənə çəkdirən insana, o,  Allahın dərgahındadır, rəhmət diləyirəm. Amma o ürəyimin acısı acı olaraq da qalıb".

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun