"Güzel aşklar diyarında" serialında dəyişiklik edilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Halil Ergün layihədən ayrılacaq. O, ekran işində "Hakim" obrazını canlandırırdı. Belə ki, aktyor özü serialdan ayrılmaq istəyib və ssenaristdən ona "ölüm" səhnəsinin yazılmasını tələb edib. Buna səbəb serialın ssenaristinin dəyişməsindən sonra ssenarinin əvvəlkindən fərqlənməsi olub.
Qeyd edək ki, serialın baş rollarını Özgü Kaya ilə Burak Berkay Akgül paylaşır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun