"Birinin 6-7 ay arxasıyca düşdüm, yüksək səslə ..."

14 Oktyabr 2024 15:31

"Uşaqikən atam mənə dedi ki, sənətkarlardan birinin yanında get, o sənə müəllimlik etsin. Mən də sənətkarlarımızdan birinin 6-7 ay arxasıyca düşdüm. Yüksək səslə "Anadır arzulara hər zaman Qarabağ" mahnısını oxudum. Amma məni o sənətkar qəbul etmədi və mənə yol göstərmədi. Əlibaba Məmmədov üçün oxudum. O isə dedi ki, qol çəkirəm ki, Alimdən sənətkar olacaq".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Alim Qasımov qonaq olduğu "İzzət şou"da deyib.

Xanəndə bildirib ki, Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almaq üçün maddi imkanı olmayıb:

"Məni qəbul etməyən sənətkar atamın harada işlədiyini soruşdu. Məndə dedim ki, "Neynirsiniz onun harada işləməyini. Dəmir yollarında". O zaman Asəf Zeynallıda (Asəf Zeynallı adına Musiqi Məktəbi - red.) təhsil almaq üçün 2500 manat pul lazım idi. Məndə ailəmi, qohum - əqrabamı yığsaydım da o pulu toplaya bilməyəcəkdim".

A.Qasımov həmkarının muğama olan dırnaqarası münasibətindən də söz açıb:

"İndi bəzi ifaçılar ürək yandırıb deyirlər ki, güya muğama "maya" qoyublar və istəyirlər ki, inkişaf etsin. O sənətkarlar muğamın qayğısına qalmamışdırlar".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun