İqtisadiyyat üzrə Nobel Daron Acemoğlu da daxil üç nəfərə verilib

14 Oktyabr 2024 14:19

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə, layiq görülüblər.

Qeyd edək ki, Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.

Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub, Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professorudur.

Ceyms A. Robinson 1960-cı ildə anandan olub. O, iqtisadçı və siyasət tədqiqatçısıdır. 2015-ci ildən Harris İctimai Siyasət Məktəbində (Çikaqo Universiteti) professordur və əvvəllər Harvard Universitetində dərs deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun