Məşhur irlandiyalı UFC döyüşçüsü Konor Makqreqor növbəti döyüşünün tarixini və rəqibinin adını açıqlayıb.
"Növbəti oyun 2025-ci il fevralın 1-də baş tutacaq. Rəqib kimdir? Huker", - deyə Makqreqor bildirib.
"Bir görüşüm və rəqibim var. Gələn ilin başlanğıcı. O, çox məşğul adamdır", - deyə Huker bu münasibətlə bildirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Makqreqor indiyədək qarışıq döyüş növləri üzrə 28 döyüşdə iştirak edib, bu döyüşlərdə 22 qələbə qazanıb və altı məğlubiyyət alıb. Bundan əvvəl irlandiyalının Maykl Çandlerlə döyüşməli olduğu, lakin sonda döyüşün baş tutmadığı bildirilirdi.
Hukerə gəlincə, onun son döyüşü 2024-cü ilin avqustunda olub və qarşılaşmada o, Mateuş Qamrot üzərində hakimlərin fərqli qərarı ilə qələbə qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun