"Real Madrid"də şok itki

14 Oktyabr 2024 10:08

"Real Madrid" klubu daha bir şok itki ilə üzləşib. 

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, hazırda zədəli olan David Alaba fərdi məşqlər zamanı yenə zədələnib. Futbolçunun oktyabr ayında yaşıl meydanlara qayıtması gözlənilirdi.

Bu, "Kral klubu"nu qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyə məcbur edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun