Yük maşınının qapısı açılaraq qadına dəymişdi - Xəstəxanada öldü

14 Oktyabr 2024 09:46

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 16-sı Biləcəri qəsəbəsində "KamAZ" markalı yük maşını hərəkətdə olarkən qapısı açılaraq yol kənarındakı piyadaya dəyib. Nəticədə piyada Kəmalə Novruz qızı Rəhmanova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq o, oktyabrın 13-ü Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Binqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun