İsmayıllıda ağır qəza - ölən var

14 Oktyabr 2024 09:27

Oktyabrın 13-də saat 21 radələrində İsmayıllı rayonunda 1966-cı il təvəllüdlü İlqar Axundovun idarə etdiyi "VAZ-2107" avtomobillə və 1986-cı il təvəllüdlü Anar Həsənovun idarə etdiyi "KİA" markalı avtomobil toqquşub. Hər iki sürücü xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, İlqar Axundov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun