"Pravasız" sürücü 16 yaşlı qızı vurub QAÇDI - FOTO

14 Oktyabr 2024 08:24

Türkiyədə sürücülük vəsiqəsi olmayan Efe Ş(18) adlı şəxs atasının dəbdəbəli maşını ilə yolu keçmək istəyən 16 yaşlı Zeynep Nas Sarıkayanı vurub.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, qəzanın təsirindən yerə yıxılan qız ağır yaralanıb, sürücü isə hadisə yerini tərk edərək qaçıb. Ağır yaralı qız xəstəxanaya çatdırılıb. 

Hadisədən sonra polisdən qaçıb, sonra təslim olan və həbs edilən sürücünün qəza anından görüntüləri ortaya çıxıb. Kadrlarda gənc qızın yanındakı dostu ilə piyada keçidindən istifadə etdiyi, sürətlə gələn Efe Ş.-nin isə Zeynep Nas Sarıkayanı vurduğu görülüb. Həmin anları təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun