Qəzzada ölənlərin son sayı açıqlandı

13 Oktyabr 2024 23:10

Ötən ilin oktyabrın 7-dən indiyədək hərbi əməliyyatlar zamanı Qəzzada ölənlərin sayı 42 min 227 nəfərə çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bu müddətdə Qəzza zolağında 98 464 nəfər yaralanıb.

Qeyd olunub ki, son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 52 fələstinli ölüb, 128 nəfər yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun