Bu ölkə neft hasilatını 1,3 milyon barelə kimi artırır

13 Oktyabr 2024 22:09

Liviyada neft hasilatı gündə 1,3 milyon barel səviyyəsinə çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) öz sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata əsasən, son 24 saat ərzində 1 305 059 barel səviyyəsi qeydə alınıb və istehsal səviyyəsinin artırılması işləri davam edir.

Qeyd olunur ki, oktyabrın 10-da Liviyada neft hasilatı daxili fikir ayrılıqları səbəbindən istehsal və ixracın dayandırılmasından sonra gündə 1,2 milyon barel səviyyəsinə qayıdıb.

Xatırladaq ki, oktyabrın 3-də NOC ölkədə neft hasilatı və ixracının tam bərpa olunduğunu bəyan edib. Liviya adətən gündə təxminən 1,2 milyon barel hasil edirdi, lakin avqustda ölkənin şərq hissəsinin hakimiyyəti milli Mərkəzi Banka nəzarət uğrunda mübarizə çərçivəsində hasilatı və ixracı dayandırmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun