Ermənistanda hərbçi güllələndi

13 Oktyabr 2024 14:58

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası ilə cəsədi aşkar edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır", - nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi hərbçinin ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun