"Mercedes" aşdı, ölənlər var

27 May 2010 09:57
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Korərəb kənd sakini 53 yaşlı Əjdər Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Nəticədə sürücü və onun baldızı, 47 yaşlı Fəridə Nağıyeva hadisə yerində ölüblər. Hadisə Kürdəmir-Ağsu yolunda qeydə alınıb.

Avtoqəzaya avtomobilin yüksək sürətlə idarə ediməsi səbəb göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az