Bakıda yaşlı kişini bıçaqlayan saxlanıldı

13 Oktyabr 2024 14:20

Oktyabrın 12-də saat 18 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1960-ci il təvəllüdlü Əliövsət Səfərova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1967-ci təvəllüdlü Teymur Qulubəyov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun