Xaçmazda fiziki məhdudiyyətli kişi döyüldü

13 Oktyabr 2024 10:43

Xaçmazda fiziki məhdudiyyətli kişi döyülüb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Akif Qədirov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Qeyd edək ki, A. Qədirov mənzildə tək yaşayır.

O, qardaşı tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun