İsrail Livana hava zərbələri endirdi

13 Oktyabr 2024 10:25

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqinə bir sıra zərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbi aviasiyası Baalbek şəhərinin şimalında yerləşən Makna və Yunin yaşayış məntəqələri yaxınlığındakı hədəflərə hücum edib.

Hücumla bağlı başqa təfərrüatlar hələlik verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun