Türkiyədə ağır qəza - ölənlər var

13 Oktyabr 2024 10:09

Türkiyənin Karaman bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb, nəticədə 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA TRT Haber-ə istinadən xəbər verir ki, qəza səhər saatlarında baş verib.

Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Yaralılar təcili yardımla Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun