Qubada ağır qəzada ölən və yaralananların kimliyi məlum oldu - Yenilənib

13 Oktyabr 2024 12:46

12:46

Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən avtoqəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Hyundai" markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobilin sərnişini Ucal İbrahimov ölüb, sürücüsü Mehman Balayarov isə, xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

--------------
09:10


Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Hyundai" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuy