Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun