Bəzi yollarda duman olacaq - Xəbərdarlıq

12 Oktyabr 2024 22:03

Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 13-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun