“Kamp Nou”da fəhlələr arasında əlbəyaxa dava - VİDEO

13 Oktyabr 2024 00:25

İspaniyanın "Barselona" klubunun "Kamp Nou" stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilib ki, hadisə işçi qrupları arasında baş verib. 20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulub.

Nəşr xatırladır ki, bu ilin mayın 23-də də sözügedən stadionunda işçilər arasında dava düşüb, nəticədə 3 nəfər yaralanıb.

Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.

Görüntüləri təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun