Ruslar artıq müharibədən bezib - Sorğu

12 Oktyabr 2024 22:21

Rusiyada keçirilən yeni ictimai rəy sorğusu rusların Ukraynadakı müharibədən yorulduğunu təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Levada Mərkəzinin keçirdiyi sorğuya görə, Ukraynadakı müharibənin Rusiyaya xeyirdən çox ziyan vurduğuna inanan rusların sayı 47%-ə yüksəlib.

Eyni zamanda, bu təcavüzün fayda gətirdiyinə inanan Rusiya sakinlərinin sayı 10 faiz azalıb və 28%-ə düşüb.

Qadınlar (respondentlərin 55%-i), gənclər (55%-i), kiçik şəhərlərin sakinləri (52%-i) müharibədən xüsusi narazılıqlarını bildiriblər, ölkənin yanlış yolda olduğuna inananların sayı isə 77% faizə qalxıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun