Polşa onlara sığınacaq verilməsini dayandıracaq - Tusk

12 Oktyabr 2024 22:03

Polşa sığınacaq vermək hüququnu müvəqqəti olaraq dayandırmaq niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

O qeyd edib ki, bu, onun yeni miqrasiya strategiyasının bir hissəsi olacaq:

"Mən bu qərarın Avropada tanınmasını tələb edəcəm".

Tusk bildirib ki, hakimiyyət Polşaya və Avropa Birliyinə kimin daxil olacağına tam nəzarəti qaytarmalıdır:

"Biz Polşaya qeyri-qanuni miqrasiyanı minimuma endirəcəyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun