Türkiyə ordusu Suriyada əməliyyat keçirib, iki terrorçu öldürülüb

12 Oktyabr 2024 20:13

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, "Fırat Kalkanı" və "Barış Pınarı" bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.

Bundan başqa, "Pəncə-Kilit" əməliyyat bölgəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara məxsus xeyli sursat ələ keçirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun