“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb - FOTO

12 Oktyabr 2024 18:40

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar" (SWIRMO) başa çatıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sonuncu gündə yekun müzakirələr aparılıb və seminarın təhlili həyata keçirilib.

BQXK-nin əhəmiyyətli tədbirlərindən biri hesab olunan, 70-dən çox ölkədən yüksək rütbəli zabitlərin iştirak etdiyi seminarın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, eləcə də hüququn hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiyasını, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun