Xaçaturyan Numan Qurtulmuşla görüşdü

12 Oktyabr 2024 18:27

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla TürkiyəBöyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş arasında qısa görüş olub.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə erməni mətbuatı məlumat verib.

Görüşlə bağlı danışan Ermənistan prezidenti hər iki ölkənin münasibətlərdə yeni mərhələyə qədəm qoyduğunu, tərəflərin nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermədiyini bildirib.

Qeyd olunub ki, görüş Aşqabadda baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun