Bu xanıma TƏBİB-də vəzifə verildi

12 Oktyabr 2024 17:59

TƏBİB-də yeni şöbə müdiri təyinatı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aysel Pənah qızı Bayramova TƏBİB-in İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, A.Bayramova bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun